Azərbaycan kubokunda ilk qol
18.11.2023 - 14:20
Azərbaycan kubokunda ilk qol

Azərbaycan kubokunda mövsümün ilk qolu vurulub.

Apasport.az xəbər verir ki, bu, I təsnifat mərhələsinin açılış matçına təsadüf edib.

“Füzuli” – “Lerik” qarşılaşmasında hesabı qonaqlar açıb. Rəvan Quluzadə ilk qolun müəllifi olub.

O, 58-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu gün kubokun 3 oyunu keçirilir.
 

writer photo
Əlirza Əlirzalı
0