"Zirə" liderlik kreslosunu buraxmadı - YENİLƏNİB
12.11.2023 - 18:25
"Zirə" liderlik kreslosunu buraxmadı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında lider "Zirə" azarkeşləri önündə "Qəbələ"ni qəbul edib. Rəşad Sadıqovun yetirmələri bu matçda da qalib gələrək zirvə kreslosunu ən az bu turluq da heç kimə vermədi: 1-0

Elmar Baxşıyevin komandası isə qələbə qazanaraq heç də ürəkaçan olmayan gedişatı leyhlərinə dəyişmək istəyirdi, lakin bölgə təmsilçisi bu matçdan da əliboş ayrılmalı oldu.

Komandalar arasında birinci dövrə baş tutan oyunda isə bölgə təmsilçisi eyni hesabla qələbə qazanmışdı.  (1:0).

Turun son oyununda isə "Qarabağ" "Səbail"i sınağa çəkəcək. 

Azərbaycan Premyer Liqası
XIII
tur

12 noyabr

16:30 Zirə - Qəbələ 1-0  

Qol: Q. Alıyev, 64 (penalti) 
Baş
hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 7. Filipe Paxtman

Baş məşqçi: Rəşad Sadıqov

 

"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 13. Kristof Atanqana, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava

Baş məşqçi: Elmar Baxşıyev

writer photo
Əlirza Əlirzalı
0