Azərbaycan Kubokunda növbəti 3 qalib
19.11.2023 - 17:57
Azərbaycan Kubokunda növbəti 3 qalib

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsi davam edir. 

Apasport.az xəbər verir ki, bu gün daha 3 matç keçirilib.

II Liqa təmsilçilərindan "Cəbrayıl"la "Kür-Araz" səfərdə, "Baku Sportinq" evdə qalib gələrək növbəti mərhələyə yüksəlib. Özü də cəbrayıllılar buna 30 dəqiqəlik əlavə vaxtın sonuna yaxın nail olub. 

Xatırladaq ki, bu mərhələyə dünən start verilib və "Lerik", “Şahdağ Qusar, “Göygöl” mərhələ adlayıb. İlk təsnifat mərhələsinə sabah keçiriləcək “Şəfa” – “Şəmkir” görüşüylə yekun vurulacaq.

 

19 noyabr (bazar)

14:00. “Ağdaş” – “Cəbrayıl” - 0:2
Qollar: Tapdıq Əhmədov, 116-pen, Elvin Dəmirov, 120+3
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.
Ağdaş şəhər stadionu

14:00. “Sheki City” – “Kür-Araz” - 1:2
Qollar: Mirabbas Mirbabayev, 82-avtoqol - Elariz Xəlilli, 51, 73 
Qırmızı vərəqə: Elariz Xəlilli, 90+5 ("Kür-Araz")
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.
Şəki şəhər stadionu

14:30. “Baku Sportinq” – “Kürmük Qax” - 6:0
Qollar: Ülvi Quliyev, 20, Röyal Nəcəfov, Məhəmməd Xəlilov, 38, 45, 89, Vüqar Rəhimov, 56
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.
Binə qəsəbə stadionu

writer photo
Əlirza Əlirzalı
0