Azərbaycan Kubokunun püşkü atıldı
17.01.2024 - 13:19
Azərbaycan Kubokunun püşkü atıldı

Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, Yüksək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib bir oyunda müəyyənləşəcək.

Əsas vaxt heç-heçə başa çatarsa, tərəflər hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcəklər. Bu dəfə də üstünülk əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər kollektiv 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin matçları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.

Azərbaycan Kuboku

1/8 final

1. Baku Fire – Dalğa

2. Araz-Naxçıvan – Record club

3. PFL – Metropoliten

4. Neftçi İK – Timsport

5. STAR kargo – Yasamal Bakı

6. Trabzon Azərbaycan – Bakı

7. Xan-Lənkəran – Baku Fire-2

8. Dəstə Ordubad – U-19

1/4 final

9. 1-ci cütün qalibi - 8-ci cütün qalibi

10. 2-ci cütün qalibi - 7-ci cütün qalibi

11. 3-cü cütün qalibi - 6-cı cütün qalibi

12. 4-cü cütün qalibi - 5-ci cütün qalibi

Yarımfinal

9-cu cütün qalibi - 12-ci cütün qalibi

10-cu cütün qalibi - 11-ci cütün qalibi

writer photo
Əlirza Əlirzalı
0