Cüdoçumuz Avropa çempionu olub
05.09.2024 - 17:28
Cüdoçumuz Avropa çempionu olub

Azərbaycan təmsilçisi Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa çempionatının qalibi olub.

Apasport.az xəbər verir ki, cüdoçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, Əliyeva turnirdə Azərbaycanın aktivinə ilk qızıl medalı yazdırıb.

 

writer photo
Əlirza Əlirzalı
0