Azərbaycan millisi Macarıstana məğlub olub
12.07.2024 - 21:56
Azərbaycan millisi Macarıstana məğlub olub

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində doğma meydanda növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda, "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 5:0.

Azərbaycan millisinin 4 oyundan sonra 4 xalı var.

Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0