Halandın “Mançester Siti”də uzun müddət qalmaya bilər - SƏBƏB
11.10.2022 - 18:55
Halandın “Mançester Siti”də uzun müddət qalmaya bilər - SƏBƏB

Erlinq Haland “Mançester Siti”də uzun müddət qalmaya bilər.

Apasport.az saytının məlumatına görə, buna 22 yaşlı hücumçunun “şəhərlilər”lə müqaviləsi yol açır.

Məsələ burasındadır ki, yay fasiləsində Dortmund “Borussiya”sından alınan Norveç millisinin üzvünün müqaviləsində yer alan maddəyə görə, oyunçunun 2024-cü ildə transfer qiyməti düşəcək. Həmin vaxt İngiltərədən kənar istənilən klub onu 200 milyon avroya transfer etmək hüququna malik olacaq. Bu isə onun keçidində maraqlı olan “Real”la “Barselona”nı həvəsləndirib.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm “Mançester Siti”nin heyətində keçirdiyi 13 oyunda 20 qol vurub, 3 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0