Azərbaycan millisinin üzvü Dünya Kubokunda finala yüksəlib
12.07.2024 - 19:44
Azərbaycan millisinin üzvü Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan idmançımız yarışın qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl iki qələbə qazanıb.

Yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici mərhələyə vəsiqə əldə edib. S.Ağayeva sabah finalda portuqaliyalı idmançı ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0