Azərbaycan Premyer Liqasında nadir hadisə
03.02.2024 - 17:48
Azərbaycan Premyer Liqasında nadir hadisə

Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” - “Qarabağ” matçında  4 penalti təyin edilib.

Apasport.az xəbər verir ki, bu, unikal hadisə kimi qeydə alınıb. 

Baş hakim Cavid Cəlilov 3 dəfə "Səbail"in , 1 dəfə isə "Qarabağ"ın qapısına penalti təyin edib. 

Ağdam klubunun futbolçusu Toral Bayramov 2 imkandan birindən faydalana bilməyib. Həmçinin, "köhlən atlar"ın yarımmüdafiəçisi Yassin Benzia və “dənizçilər”in futbolçusu Pedro Nuno da 11 metrəlik cərimə zərbəsindəndən fərqləniblər. 

Qeyd edək ki, qonaqlar 2:1 hesablı qələbə qazanıb.

 

writer photo
Əlirza Əlirzalı
0