Qlobal reytinqdə komandalarımızın yeri
15.01.2024 - 14:47
Qlobal reytinqdə komandalarımızın yeri

Futbol klublarının qlobal reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, 657 komandanın yer aldığı siyahıda ölkəmiz 2 klubla təmsil olunub.

Hazırda Premyer Liqanın lideri olan “Qarabağ”ın əmsalı 0,642-dir. Qurban Qurbanovun komandası siyahının 180-ci pilləsində yer alır.

Ölkə çempionatının son qalibi ötən cədvəllə müqayisədə 6 pillə irəliləyib.

Siyahıdakı daha bir təmsilçimiz “Zirə” isə daha böyük sıçrayışa nail olub. 277 pillə birdən irəliləyən Rəşad Sadıqovun yetirmələri hazırda 0,120 xalla dünyanın ən yaxşı 384-cü komandasıdır.

Qeyd edək ki, ötən ayla müqayisədə ilk “üçlük”də dəyişiklik olmayıb. “Mançester Siti” (2,011) birinci, “Real” (1,865) ikinci, “Bavariya” (1,766) üçüncüdür.

writer photo
Əlirza Əlirzalı
0