AVRO-2024-ün seçmə mərhələsində iştirak edən komandaların şansları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, ekspertlərin apardığı hesablamalar hər bir komandanın öz qrupunda tuta biləcəyi yerlər faizlə göstərilib.
Azərbaycan millisinin də şansları bəlli olub. F qrupunda yer alan Canni de Byazinin yetirmələrinin nəinki AVRO-2024-ün final mərhələsinə çıxmaq, hətta 1-ci yeri tutmaq ehtimalı da var. Təbii ki, autsayderlərdən biri olan komandamızın şansları cüzidir.
1-ci yer – 0,03 faiz
2-ci yer – 0,27 faiz
3-cü yer – 4,03 faiz
4-cü yer – 38,77 faiz
5-ci yer – 56,90 faiz
Komandanın ilk iki yerdən biri ilə Almaniyadakı AVRO-2024-ə çıxmaq şansı 0,30 faizdir. 3-cü yerlə play-offa çıxmaq ehtimalı daha yüksək – 4,03-ə bərabərdir. Amma ümumilikdə autsayder olan yığmamız sonuncu yeri “özəlləşdirməyə” əsas namizəddir.
Qrupumuzda yalnız bir komanda – Belçikanın sonuncu olmaq ehtimalı 0-a bərabərdir. “Qırmızı iblislər” 87,34 faiz 1-ci, 11,30 faiz ikinci olacaq.
Belçikalıların ilk iki yerdən birinə şansı 98,64 faizdirsə, Avstriyada 59,94, İsveçdə 39,58, Estoniyada isə 1,48-dir.
Qeyd edək ki, millimiz ilk iki oyunda Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.