I Divizionun bəzi komandalarında tezliklə rəhbərlik və baş məşqçi səviyyəsində dəyişiklik olacaq.
Apasport.az xəbər verir ki, bu barədə “sportinfo” AFFA-dan informasiya əldə edib.
Bildirilir ki, bu, UEFA-dan gələn siqnallara əsaslanır. Avropa futbol qurumundan Azərbaycan çempionatının aşağı dəstəsində oyun alqı-satqısına dair şübhələrin olmasına dair federasiyaya bir neçə sirkulyar məktub gəlib. Burada cari mövsümün nəticəsi şübhə doğuran bir neçə oyunundan bəhs edilib.
Bundan hərəkətə keçən AFFA hüquq-mühafizə orqanları ilə birgə araşdırmalara start verib. Dörd futbolçu saxlanılıb. Həmçinin bir neçə məşqçi və funksionerdən izahat alınıb.