Azərbaycanlı futbolçu İsveç klubuna keçəcək
01.08.2024 - 16:36
Azərbaycanlı futbolçu İsveç klubuna keçəcək

Azərbaycanlı futbolçu Ayxan Cabbarov İsveç klubuna keçə bilər.

Apasport.az saytına verilən məlumata görə, son olaraq “Savadalens”də çıxış edən U-19 yığmamızın keçmiş üzvü “Kalmar”la danışıq aparır. 

İsveç klubunun baş məşqçisi Henrik Yensen Cabbarovu sərəncamında görmək istəyir. Ona görə də, məşqçilərinə Ayxanın “Savadalens”dəki performansını izləməyi tapşırmışdı. 

Köməkçiləri azərbaycanlı futbolçu barədə Yensenə müsbət mesajlar verib. “Kalmar”ın Ayxanı bu yay heyətinə qatacağı gözlənilir. 

Xatırladaq ki, Ayxan Cabbarov "Göteborq" akademiyasının yetirməsidir.

writer photo
Əlirza Əlirzalı
0