Bonuççi vətənə qayıdır
24.12.2023 - 12:29
Bonuççi vətənə qayıdır

Leonardo Bonuççi yenidən İtaliyaya qayıda bilər.

Apasport.az xəbər verir ki, karyerasını Berlin “Union”unda davam etdirən müdafiəçi “Roma”nın diqqət mərkəzinə düşüb.

“Canavarlar” müdafiə xəttindəki zədəli futbolçuların çoxluğundan əziyyət çəkir. Məhz bu səbədən də yanvarda Bonuççinin transfer olunması gündəmə gəlib. 36 yaşlı mərkəz müdafiəçisinin zəngin təcrübəsi paytaxt klubunun köməyinə çata bilər. İddialara görə, 
“Roma”nın idman direktoru Tiaqo Pinto ilə futbolçunun ətrafı və agenti Alessandro Luççi arasında danışıqlara start verilib.

Qeyd edək ki, İtaliyada “İnter”, “Milan” və “Yuventus” kimi komandaların şərəfini qorumuş veteran futbolçu bu mövsüm iştirak etdiyi 10 oyunda 1 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0