Premyer Liqa klubunda sərt cəzalar
27.07.2022 - 17:13
Premyer Liqa klubunda sərt cəzalar

İngiltərənin “Aston Villa” klubunda tətbiq olunacaq cəzaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Stiven Cerrardın baş məşqçisi olduğu Premyer Liqa təmsilçisində ən ağır cərimə gecikmələrlə bağlıdır.

Oyuna, matç günü məşq və ya gəzintiyə gecikənlər 1000 funt sterlinq ödəməli olacaq. Bu, həm futbolçulara, həm də məşqçilərə tətbiq ediləcək.

Adi günlər də məşqə gecikmə baha başa gələcək. Bunun üçün ödəniləcək cərimə 500 funt sterlinq təşkil edir.


 

writer photo
Əlirza Əlirzalı
0