Azərbaycanlı jurnalist FIFA tərəfindən mükafatlandırılacaq - FOTO
19.12.2022 - 00:13
Azərbaycanlı jurnalist FIFA tərəfindən mükafatlandırılacaq - FOTO

Azərbaycanlı idman jurnalisti, "İdman TV"nin jurnalisti Fərid Ramazanov unikal nəticəyə imza atıb.

Apasport.az-ın xəbərinə görə, futbol azarkeşlərinin mundial boyunca oynadığı, FIFA-nın saytında təşkil olunan "Fantazi" turnirini Ramazanov ilk "5-lik"də tamamlayıb.

O, bütün dünyadan 418 756 azarkeşin oynadığı yarışda 503 xal toplayaraq, 5-ci olub.

Qeyd edək ki, buna görə FIFA tərəfindən Fərid Ramazanova qiymətli hədiyyə göndəriləcək.

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0