“Barselona”lı “Real”la oyunu buraxacaq - SƏBƏB
24.03.2023 - 15:13
“Barselona”lı “Real”la oyunu buraxacaq - SƏBƏB

"Barselona" ciddi itki ilə üzləşib. 

Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen zədələnib.

Danimarka millisinin futbolçusu AVRO-2024-ün seçmə mərhələsinin Finlandiya ilə oyununda (3:1) sıradan çıxıb. 26 yaşlı futbolçunun sol baldır əzələsi yırtılıb. Həkimlərin rəyinə əsasən o, 3-4 həftə yaşıl meydanlara çıxa bilməyəcək. Bu səbəbdən də “Barselona”lı "Real"la qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, matç aprelin 5-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0