Azərbaycanlı MMA döyüşçüsü UFC-də debüt döyüşünə çıxır
18.02.2023 - 23:02
Azərbaycanlı MMA döyüşçüsü UFC-də debüt döyüşünə çıxır

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov UFC-də debüt döyüşünə çıxacaq.

Apasport.az-ın xəbərinə görə, ABŞ-ın Las Veqas şəhərində keçiriləcək "UFC Fight Night 219" turnirində onun rəqibi amerikalı idmançı İvan Elder olacaq.

Hər 2 idmançı indiyədək peşəkar MMA karyerasında 7 dəfə qələbə qazanıb və cəmi 1 dəfə uduzub.

Qeyd edək ki, gecə sabah Bakı vaxtı ilə saat 01:00-dan etibarən start götürəcək. "Qara canavar" ləqəbli Nazim Sadıxovun döyüşü 6-cı olacaq. Gecənin əsas döyüşü isə qadın idmançılar – braziliyalı Jesika Andradi və amerikalı Erin Blançfild arasında olacaq. 

writer photo
Əlirza Əlirzalı
0