Anxel Korrea üçün əlamətdar qarşılaşma
01.02.2024 - 11:26
Anxel Korrea üçün əlamətdar qarşılaşma

İspaniya çempionatının 20-ci turunun təxirə salınmış oyununda "Atletiko" "Rayo Valyekano" ilə qarşılaşıb. Görüş argentinalı mütəxəssis Dieqo Simeonenin komandasının 2 cavabsız qolu ilə başa çatıb.

Apasport.az xəbər verir ki, bu qarşılaşma Anxel Korrea üçün əlamətdar olub.

O, "Atletiko" ilə 400-cü matça çıxıb. Argentinalı cinah oyunçusu klub tarixində belə yüksək səviyyəyə çatan ikinci futbolçu olub.

Birinci isə 424 oyun təcrübəsi olan “Atletiko”nun qapıçısı, sloveniyalı Yan Oblakdır.
 

writer photo
Əlirza Əlirzalı
0