UEFA-da Bobana vəzifə verildi – Zidan, Ançelotti, Mourinyo bir Şuraya yığıldı
07.04.2023 - 15:13
UEFA-da Bobana vəzifə verildi – Zidan, Ançelotti, Mourinyo bir Şuraya yığıldı

UEFA yeni Şura yaradıb.

Apasport.az saytının məlumatına görə, burada əfsanəvi məşqçi və futbolçular yer alıb.

Onların əsas fəaliyyəti oyun qaydaları, hakimlik, yarışların təqvimi və gənclərin inkişafı ilə bağlı məsləhətlər verməkdən ibarətdir. Bu yeni orqanın sədri vəzifəsinə Xorvatiya millisinin və “Milan”ın sabiq ulduzu Zvonimir Boban seçilib. Şuranın üzvləri isə Joze Mourinyo, Karlo Ançelotti, Zinəddin Zidan, Paolo Maldini, Fabio Kapello, Xavyer Zanetti, Luiş Fiqu, Filipp Lam, Ronald Kuman, Qaret Sautqeyt, Rio Ferdinand, Mikael Laudrup, Rafael Benites, Roberto Martines və Robbi Kin olacaq. 

Ulduzların ilk toplantısı aprelin 24-də UEFA-nın İsveçrədəki mənzil qərargahında keçiriləcək. İclasların ildə ən azı bir dəfə təşkili planlaşdırılıb.

writer photo
Əlirza Əlirzalı
0