"Axmat" yeni baş məşqçinin adını açıqlayıb
05.04.2024 - 16:15
"Axmat" yeni baş məşqçinin adını açıqlayıb

Miroslav Romaşşenko Rusiya kubokunda mübarizəni dayandırdıqdan sonra “Axmat”ın baş məşqçi postunu tərk edib.

Apasport.az xəbər verir ki, Qroznı klubunun yeni çalışdırıcısı Maqomed Adiyev oldu.

Maqomed Adiyev həm də Qazaxıstan millisinin baş məşqçisidir.

"Axmat" hazırda Premyer Liqanın turnir cədvəlində 12-ci yerdədir. Maqomed Adiyevin komandası növbəti oyununu bazar günü, aprelin 7-də evdə “Lokomotiv”lə keçirəcək.

 

writer photo
Əlirza Əlirzalı
0