De Xeaya daha bir müştəri
28.12.2023 - 21:20
De Xeaya daha bir müştəri

David de Xeanı heyətində görmək istəyən daha bir klub bəlli olub.

Apasport.az xəbər verir ki, ispaniyalı qapıçı “Nyukasl”ın maraq dairəsindədir.

Premyer Liqa klubu zədələnən Nik Poupa əvəzləyici axtarır. “Nyukasl” ona böyük maaş təklif etməkdə çətinlik çəksə də, de Xea qısamüddətli müqavilə bağlamağa hazırdır.

Qeyd edək ki, ispan qapıçı yayda “Mançester Yunayted”dən ayrıldıqdan sonra klubsuzdur.

writer photo
Əlirza Əlirzalı
0