“Panatinaikos” məğlub oldu, Fatih Terim əsəbiləşdi
29.01.2024 - 11:59
“Panatinaikos” məğlub oldu, Fatih Terim əsəbiləşdi

Yunanıstan çempionatının 20-ci turunda PAOK və “Panatinaikos” (2:1) qarşılaşıb. 

Apasport.az xəbər verir ki, meydan sahibi PAOK 43-cü dəqiqədə vurduğu qoldan sonra iki komandanın futbolçuları ilə texniki heyət arasında gərgin anlar yaşanıb. 

Fatih Terim və Razvan Luçesku mübahisə ediblər. Meydana daxil olan polislər gərginliyi sakitləşdiriblər. 

Qalmaqaldan sonra “Panatinaikos”un köməkçi məşqçisi Necati Ateş sarı vərəqə alıb. 

Qeyd edək ki, PAOK evdə qazandığı matçdan sonra həftəni 47 xalla lider tamamlayıb. Qonaqlar isə 44 xalla 3-cü pillədədir. 

 

writer photo
Əlirza Əlirzalı
0