Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək
16.01.2024 - 10:21
Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək

AFFA tərəfindən Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.

Apasport.az quruma istinadla xəbər verir ki, tədbir fevralın 5-8-i tarixlərində baş tutacaq.

5 moduldan ibarət olacaq kursun növbəti sessiyaları 4-7, 25-28 mart, 15-18 aprel və 6-10 may tarixlərikdə təşkil olunacaq.

Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. Sağlamlıq haqqında arayış;

4. 2 ədəd şəkil (3x4);

5. "C" Lisenziya və diplomun surəti;

Qeyd edək ki, kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.

writer photo
Əlirza Əlirzalı
0