Belçikalılarla 6-cı duel – kim üstündür?
07.11.2022 - 17:28
Belçikalılarla 6-cı duel – kim üstündür?

“Qarabağ” Konfrans Liqasının pley-offunda “Gent”lə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan və Belçika klubları bu turnirdə ilk, avrokuboklarda 6-cı dəfə rəqib olub.

Əvvəlki 10 oyunda təmsilçilərimiz 4 qələbə qazanıb, 1 heç-heçə edib və 5 dəfə uduzub. “Qarabağ” isə iki dəfə belçikalılarla rəqib olub.

Qurban Qurbanovun yetirmələri hər iki halda evdə qələbə qazanıb, səfərdə uduzub. Pley-offda “Brügge”, qrupda “Anderlext” rəqib olub.

2005/06, Çempionlar Liqası
“Anderlext” – “Neftçi” – 5:0, 0:1
2008/09, İntertoto kuboku
“Jerminal” – “Neftçi” – 1:1, 0:1
2011/12, Avropa Liqası
“Brügge” – “Qarabağ” – 4:1, 0:1
2015/16, Avropa Liqası
“Qarabağ” – “Anderlext” – 1:0, 1:2
2016/17, Avropa Liqası
“Anderlext” – “Qəbələ” – 3:1, 3:1
 

writer photo
Əlirza Əlirzalı
0