“Çelsi”nin 19 yaşlı hədəfi
24.04.2023 - 22:48
“Çelsi”nin 19 yaşlı hədəfi

“Çelsi” yay fasiləsində heyətini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Romeo Lavianın xidmətində maraqlıdır.

“Sauthempton”un 19 yaşlı yarımmüdafiəçisi ilə danışıqlar başlayıb. Belçikalının xidmətində “Mançester Siti”, “Liverpul” və “Arsenal” da maraqlıdır.

Romeo cari mövsümdə 29 oyuna çıxıb. Onun hesabında bir assist var.

 Qeyd edək ki, Lavia əvvəllər “Mançester Siti”nin aşağı yaş qruplarında çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0