Baqa istefaya göndərildi
21.09.2022 - 12:05
Baqa istefaya göndərildi

Misli Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt” belaruslu çalışdırıcısı Aleksey Baqa ilə yollarını ayırıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna komandanın uğursuz nəticələri səbəb olub.

Qeyd edək ki, “Sumqayıt” 7 turdan sonra 3 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0