Baqa “Sumqayıt”da “2” aldı
21.09.2022 - 23:09
Baqa “Sumqayıt”da “2” aldı

“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçisi Aleksey Baqanın Azərbaycan karyerası uğursuz alınıb.

Apasport.az saytının məlumatına görə, 2022-ci ilin əvvəlindən “Gənclik şəhəri” təmsilçisini çalışdıran belaruslu ölkəmizi “2” ilə tərk edib.

Söhbət 41 yaşlı mütəxəssisin Sumqayıtın eyniadlı klubundakı qələbə sayından gedir. Komandanı 9 ayda 23 matça çıxaran Baqa cəmi 2 qələbə görüb.

Onun yetirmələri 8 heç-heçə edib və 13 dəfə uduzub. 15 qol vuran sumqayıtlılar 38 top buraxıb.

Bu matçların 21-i Premyer Liqa, 2-si kuboka təsadüf edib. Çempionatda 2 qələbə və 2 heç-heçə ilə 8 xal qazanılıb. 12 yenilgi görən belaruslu 14 qola sevinibsə, 36 dəfə üzülüb. 

Kubokda isə heç-heçə və məğlubiyyət qeydə alınıb. Burada top fərqi 1-2 olub.

Qeyd edək ki, Misli Premyer Liqasının VII turunun “Qəbələ” ilə oyunu (0:1) baş məşqçi üçün klubda son sınaq olub.
 

writer photo
Əlirza Əlirzalı
0