“Barselona”dan rekord gəlir
28.09.2023 - 20:23
“Barselona”nın Direktorlar Şurası 2022/23 mövsümünün maliyyə hesabatını təqdim edib.
Apasport.az saytı xəbər verir ki, klubun xalis gəliri 304 milyon avro olub.
Bu uğur klub rəhbərliyinin kommersiya sahəsində rekord əməliyyatların nəticəsində əldə edilib. “Barselona” bütün sahələrdə gözləniləndən daha yüksək uğurlar qazanıb. Kommersiya sahəsində 351 milyon avro gəlirlə bir mövsüm əvvəlki nəticə 43 faiz yaxşılaşdırılıb. Sponsor gəlirlər 200 milyon, “Barça Store” mağazalardan əldə olunan gəlirlər isə 100 milyon avronu ötüb.
0
0