“İnter”dən 10 milyonluq transfer
07.02.2023 - 15:53
“İnter”dən 10 milyonluq transfer

“İnter” Kristian Asllaninin transferini gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, Milan klubu “Empoli”dən icarəyə götürdüyü yarımmüdafiəçinin müqaviləsindəki bəndi aktivləşdirib.

“İnter” 20 yaşlı albaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək. “Empoli” əlavə bonuslar da əldə edə bilər.

Qeyd edək ki, 2022-ci ilin yayından “neradzurra”da icarədə olan futbolçu 20 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0