"Barselona"nın idman direktoru açıqladı: Mourinyo...
08.02.2024 - 17:19
"Barselona"nın idman direktoru açıqladı: Mourinyo...

Joze Mourinyonun "Barselona"ya baş məşqçi təyin edilməsi ilə bağlı fikirlərə aydınlıq gətirilib. 

Apasport.az xəbər verir ki, "Barselona"nın idman direktoru Deku “Roma”nın sabiq çalışdırıcısı Joze Mourinyo ilə bağlı fikirləri təkzib edib.

Deku portuqaliyalı məşqçi ilə danışıqlar aparmadıqlarını bildirib: “Mourinyo və “Barselona”? Joze mənim dostumdur. Amma biz uzun müddətdir ki, danışmırıq”.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda klubdan ayrılacağını bildirib.

writer photo
Əlirza Əlirzalı
0