Baş məşqçi: "Bu o demək deyil ki, “Şamaxı” autsayder olacaq"
04.08.2022 - 14:38
Baş məşqçi: "Bu o demək deyil ki, “Şamaxı” autsayder olacaq"

“Cavid Hüseynovla dostluğumuz var, o vaxtdan bir yerdə çalışmaq istəyirdik. Amma komandanın nəticələrinə birbaşa cavabdehlik baş məşqçi kimi mənim öhdəliyimdə olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli deyib.

Şamaxıda təşkil edilən mətbuat konfransında çıxış edən yeni çalışdırıcı qış fasiləsindən sonra əcnəbi futbolçuların transferinin mümkünlüyün vurğulayıb: “Komandaya əcnəbi futbolçu cəlb olunmasını istərdik. Amma belədə yerli gənclərin də oynamaq şansı az olur”.

Baş məşqçi “Şamaxı”nın autsayder olması fikri ilə razılaşmayıb: “Rəhbərlik qarşımıza heç bir hədəf qoymasa belə, bu o demək deyil ki, “Şamaxı” autsayder olacaq. Biz azarkeşlər üçün döyüşkən komanda yaratmaq istəyirik. Bu işdə varıqsa, böyükhesablı məğlubiyyəti və qələbəni də nəzərə almalıyıq".

Vüqar Əsgərli yeni mövsümün ilk turunda "Neftçi" ilə keçiriləcək oyuna hazır olduqlarını da vurğulayıb: "Məlum səbəblərdən qısa müddətdə bir araya gəldik, yoxlama görüşləri də az olduğu üçün səhvləri görə bilmədik. "Neftçi" regionda böyük maraqla gözlənilən klubdur. Onların heyətində böyük təcrübəyə malik oyunçular var. 3-4 gündür bu matçın hazırlığını görürük. Futbolçuları motivasiya edirik ki, onlara qarşı oynamaq olar".

writer photo
Əlirza Əlirzalı
0