Mövsümün əvvəlində “Nefçti”dən ayrılan Ata Caber “Araz-Naxçıvan”ın yolunu tuta bilər.
”Apasport”un əldə etdiyi məlumata görə, Fələstin milli komandasının üzvünün Naxçıvan klubuna keçidi an məsələsidir.
“Neftçi”dən ayrıldıqdan sonra klubsuz qalmış Caberin “Araz-Naxçıvan”a keçidə razılıq verdiyi bildirilir.
Məsələ ilə bağlı Premyer Liqa klubunun baş məşqçisi Elmar Baxşıyev saytımıza açıqlama verib:
“Bəli, bu cür məsələ var. Doğrudur, hələ ki, Ata, komanda ilə birlikdə deyil. Amma ümid edirik ki, yaxın vaxtlarda komandada olacaq. Onu liqamızda görmüşük, oyununa bələdik. Yaxın vaxtlarda komandamıza qoşulacağını gözləyirik”.
Qeyd edək ki, 29 yaşlı futbolçu "Neftçi"dən əlavə "Makkabi"(Hayfa), "Bney Saxnin", "Aşdod" klublarında da oynayıb.