Bədii gimnastika komandamızdan Dünya Kubokunda növbəti medal
23.04.2023 - 17:32
Bədii gimnastika komandamızdan Dünya Kubokunda növbəti medal

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.

Apasport.az-ın məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub. Komandamız 32.300 bal toplayıb.

1-ci yeri İsrail (33.100) və 2-ci yeri Çin (32.450) tutub.

Qeyd edək ki, bu gün yekun vurulacaq Dünya Kubokunda dünən bu komandamız çoxnövçülükdə də bürünc medala sahib çıxmışdı.

writer photo
Əlirza Əlirzalı
0