“Beşiktaş” - “Neftçi”: KİM ŞANSLIDIR?
17.08.2023 - 13:47
“Beşiktaş” - “Neftçi”: KİM ŞANSLIDIR?

Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları evdə oynayacaq İstanbul təmsilçisini daha şanslı sayırlar. 

Bu gün “Beşiktaş Park”da baş tutacaq matçda Bakı təmsilçisinin qələbəsi 11,00, İstanbul klubunun uğuru 1,22 əmsaldır. Qarşılaşmada heç-heçəyə 5,95 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0