Binə yox, “Ask-Arena” stadionu
09.05.2023 - 22:29
Binə yox, “Ask-Arena” stadionu

I divizionun XXVI turunun “Zirə-2” – “Qarabağ-2” matçının keçirilmə vaxtı müəyyənləşib.

PFL-dən verilən məlumata görə, “Qarabağ-2” futbol komandasının üzvü Şirxan Həsənzadənin vəfatı ilə əlaqədar olaraq qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 10-da Binə qəsəbə stadionunda yox, may 13-də saat 20:00-da "Ask Arena" stadionunda keçiriləcək.

XXVI turunun “Kəpəz-2” – “Qarabağ-2” görüşünün keçiriləcəyi tarix bəlli olub. Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq matç mayın 19-da saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Qarabağ-2” futbol komandasının üzvü Şirxan Həsənzadə dünən dünyasını dəyişib.
 

writer photo
Əlirza Əlirzalı
0