Boksçularımız ABŞ-a yollandılar
13.01.2024 - 13:53
Boksçularımız ABŞ-a yollandılar

Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-a yollanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, olimpiya çəki dərəcələri üzrə yığma lisenziya turnirlərinə və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı Koloradoda davam etdirəcək.

Təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 9 boksçu iştirak.

Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kq), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yarışlarda iştirak edəcək.

Toplanış çərçivəsində yerli boksçularla birlikdə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0