Boksçumuz beynəlxalq turnirin finalında
30.03.2023 - 09:57
Boksçumuz beynəlxalq turnirin finalında

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, Boks Mərkəzində keçirilən yarışın ikinci günündə 7 çəki dərəcəsində 19 döyüş təşkil olunub.

Bu qarşılaşmalardan 18-i 1/4 final mərhələsi çərçivəsində baş tutub. Görüşlərin yekuna əsasən yarımfinala vəsiqə əldə boksçular bəlli olub. 48 kq çəkidə isə finalçının adına aydınlıq gəlib. 

Azərbaycan boksçularından 4-ü yarımfinala yüksəldiyi halda, 1-i həlledici görüşdə iştirak hüququ qazanıb. 
 
Turnirin üçüncü günündə 19 görüş olacaq. Döyüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək. 

1/4 final
63 kq

Tərlan Əhmədov (Azərbaycan) – Taqir Satayev (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib
İman İrani (Azərbaycan) – Asker Xuaniş (Qazaxıstan) – 0:5
İqor Solovyev (Qazaxıstan) – Daniel Quranda (Moldova) – 5:0
Zviad Axalouri (Gürcüstan) - Abbasqulu Şadlinski (Azərbaycan) – zədə səbəbindən döyüş dayandırılıb, ikinci qalib elan olunub

66 kq
Kiril Şkuta (Qazaxıstan) – Timofey Tenyayev (Rusiya) – 0:5
Emir Kunoviç (Bosniya və Herseqovina) – Rüstəm Neymətov (Azərbaycan) – ikinci nokautla qalib gəlib
Rövşən Abbasov (Azərbaycan) – İvan Sinyak (Belarus) – 4:1
Elnur Abdullayev (Gürcüstan) – Bekaris Nurmuxan (Qazaxıstan) – 0:5

70 kq
Əli Məmişov (Azərbaycan) – Jassullan Berdali (Qazaxıstan) – 0:5
Rizat Tursinbek (Qazaxıstan) – Ahmet Aydamirov (Rusiya) – 0:5
Muhammadsaid Qulomov (Özbəkistan) – Kənan İsayev (Azərbaycan) – 5:0

75 kq
Tarik Kunovaç (Bosniya və Herseqovina) – Davit Mxetsadze (Gürcüstan) – 0:5
Əmir Abbasov (Azərbaycan) – Rüstəm Həsənov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib
Bakitjan Ayitmuxanov (Qazaxıstan) – Vüsal Məhərrəmov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

80 kq
Hüseyn Hüseynli (Azərbaycan) – Fuad Babayev (Azərbaycan) – 1:4
Andrey Rumyansev (Belarus) – Bekars Nariman (Qazaxıstan) – ikinci döyüşə gəlməyib

+80 kq
Dias Ayupov (Qazaxıstan) – Stanislav Jilianin (Belarus) – 2:3
Bexultan Kayratuli (Qazaxıstan) – İlkin Məmmədli (Azərbaycan) – 4:1

1/2 final
48 kq

Zidan Hümbətov (Azərbaycan) – Maksim Çapliqin (Rusiya) – 3:2
 

writer photo
Əlirza Əlirzalı
0