Boksçumuz Macarıstanda bürünc medal qazanıb
10.02.2023 - 17:02
Boksçumuz Macarıstanda bürünc medal qazanıb

Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində beynəlxalq turnirdə yarımfinal döyüşünü keçirib. 

Apasport.az saytının məlumatına görə, 48 kq çəkidə mübarizə aparan yığma üzvü finala gedən yolda Temirats Jusspovla (Qazaxıstan) qarşılaşıb. 

Döyüş rəqibin qələbəsi ilə başa çatıb. Sarıyev yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnir sabah başa çatacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0