Misli Premyer Liqasının oyunlarında təkcə 2,5 deyil, həm də 3,5 Üst variantına tez-tez rast gəlinir.
Apasport.az saytının məlumatına görə, arxada qalan 16 turun 80 matçından 22-də 4 və ya daha çox qol vurulub.
Bu, bütün görüşlərin 27,5 faizidir. Belə məhsuldar oyunların sayında “Qarabağ” hamıdan öndədir.
Qurban Qurbanovun yetirmələrinin keçirdiyi qarşılaşmaların çoxunda ən azı 4 qol vurulub. Ağdam klubu 16 matçda 9 dəfə 3,5 Üst oynayıb.
“Neftçi”nin 6, “Sabah”la “Şamaxı”nın 5 belə görüşü var. 3,5 ilə Alt oynayan komanda isə “Qəbələ”dir. Elmar Baxşıyevin komandası yalnız bir dəfə 3-dən çox qolun vurulduğu qarşılaşmada iştirak edib.
komanda |
oyun |
3,5 Üst |
faiz |
Qarabağ |
16 |
9 |
56% |
Neftçi |
16 |
6 |
38% |
Sabah |
16 |
5 |
31% |
Şamaxı |
16 |
5 |
31% |
Kəpəz |
16 |
4 |
25% |
Səbail |
16 |
4 |
25% |
Turan Tovuz |
16 |
4 |
25% |
Sumqayıt |
16 |
3 |
19% |
Zirə |
16 |
3 |
19% |
Qəbələ |
16 |
1 |
6% |