Böyük Dəbilqədə erkən VİDA
04.12.2022 - 11:42
Böyük Dəbilqədə erkən VİDA

Azərbaycan cüdoçusu Leyla Əliyeva Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində mübarizəni dayandırıb. 

Apasport.az saytının məlumatına görə, 48 kq çəkidə mübarizə aparan idmançı startda meksikalı Edne Karillo ilə üz-üzə gəlib. 

1/8 final çərçivəsində baş tutan görüş rəqibin qələbəsi ilə başa çatdığından Əliyeva yarışla erkən vidalaşıb. 

Qeyd edək ki, Böyük Dəbilqədə ölkəmiz yalnız Leyla Əliyeva ilə təmsil olunurdu. 
 

writer photo
Əlirza Əlirzalı
0