Keçmiş kapitana komanda tapılmadı
16.08.2023 - 01:05
Keçmiş kapitana komanda tapılmadı

“Mançester Yunayted” Harri Maquayra müştəri tapa bilməyib.

Apasport.az-ın məlumatına görə, 30 yaşlı futbolçunun klubda qalması gözlənilir.

Transferə çıxarılan təcrübəli müdafiəçi ilə yalnız “Vest Hem” maraqlanıb. Amma tərəflər müqavilə detallarını razılaşdıra bilməyiblər. Nəticədə “qırmızı şeytanlar” Maquayrı komandada saxlamaq fikrinə düşüblər.

Qeyd edək ki, Harri “Mançester Yunayted”də kapitan sarğısıdan məhrum edilib. O, komandada ən yüksək məvacib ala futbolçulardan biridir.
 

writer photo
Əlirza Əlirzalı
0