Kapitanla yeni 3 illik müqavilə
05.11.2022 - 14:36
Kapitanla yeni 3 illik müqavilə

PSJ rəhbərliyi kapitan Markinyoşdan məmnundur.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçinin həm oyunu, həm də meydandankənar davranışı parislilərin ürəyincədir.

Buna görə də Fransa klubu 28 yaşlı oyunçuya yeni müqavilə təklif edib. Markinyoş müsbət cavab versə, PSJ ilə yeni 3 illik müqavilə imzalayacaq və 2027-ci ilin yayına qədər kluba məxsus olacaq.

Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən Markinyoş bu mövsüm 20 oyuna çıxıb, 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0