“Brentford”un hücumçusu qumara görə cəza aldı
17.05.2023 - 21:05
“Brentford”un hücumçusu qumara görə cəza aldı

“Brentford”un hücumçusu Ayvan Toni futbol və futbolla əlaqəli bütün sahələrdən uzaqlaşdırılıb.

Apasport.az saytı xəbər verir ki, Toni oyunlara pul qoyuluşu etdiyi üçün bu cəzaya məruz qalıb.

200-dən çox pul qoyuluşu etdiyi təsdiqlənən forvard 8 ay yaşıl sahələrdən uzaq qalacaq. Toni həm də 58 min funt məbləğində cərimə olunub.  Transfer qiyməti təxminən 50 milyon avro dəyərləndirilən futbolçu, hətta “Çelsi”nin maraq dairəsinə düşmüşdü.

Qed edək ki, İngiltərədə idman sahəsində fəaliyyət göstərənlərin idman oyunlarına pul qoyuluşu etməsi qanunla qadağandır.
 

writer photo
Əlirza Əlirzalı
0