Breyvik: “"Qarabağ"ın matçını təhlil etmişik”
20.09.2023 - 21:18
Breyvik: “"Qarabağ"ın matçını təhlil etmişik”

"Bakıya səfərimiz çox yaxşı alındı. Hansısa yorğunluq hiss etdiyimizi deyə bilmərəm".

Apasport.az-ın məlumatına görə, bunu “Molde”nin futbolçusu Emil Breyvik deyib.

Norveçli futbolçu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı təhlil etdiklərini bildirib. O, Yankoviç və Medina xüsusi qeyd edib: "2020-ci ildə Kiprdə "Qarabağ"a qarşı keçirilmiş oyundan xatırladığım futbolçu Kevin Medinadır. Yaxşı futbolçudur. Bir də, "Qarabağ"ın matçını təhlil etmişik. Marko Yankoviç yaxşı futbolçudur".

Qeyd edək ki, “Qarabağ” - “Molde” matçı sabah 20:45-də start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0