Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yalnız bir klubda çalışan 41 yaşlı mütəxəssis bu matçların hamısında “Zirə”nin “sükanı arxası”nda olub.
Onun yubileyi Misli Premyer Liqasının VIII turunda gerçəkləşib. “Araz-Naxçıvan”la səfər görüşündə onun yetirmələri 0:1 hesabı ilə uduzub.
2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən Sadıqov 2020/21 və 2021/22 mövsümlərinin hərəsində 28, ötən çempionatda isə 36 görüşün iştirakçısı olub. Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahid olub.
Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.