Canni De Byazi: “Uşaqlar ciddi yanaşmalıdır” – MÜSAHİBƏ
11.09.2023 - 23:10
Canni De Byazi: “Uşaqlar ciddi yanaşmalıdır” – MÜSAHİBƏ

“Sabah vacib test gözləyir”.

Apasport.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis İordaniya ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl keçirilən mətbuat konfransında Belçika ilə görüş barəsində danışıb. De Byazi əsas diqqəti İordaniya ilə matça yönəltdiklərini bildirib: "Belçika ilə oyunda yaxşı çıxış etmişdik. Sabah bütün fokus İordaniyaya qarşıdır. Onlar kağızda böyük adı olmaya bilər, amma yaxşı komandadır. Yaxşı oyunlarını izləmişəm. Sürətli komandaya malikdirlər".

- Belçika ilə oyuna yəqin ki, baxmısınız. Sizcə, nələri səhv etmişik?
- Rəqibimiz güclü olduğuna görə, uduzduq. Onlar yaradılan bir şansdan maksimum istifadə etdilər. O qolu buraxmamaq da olardı. Qoldan sonra düzgün reaksiya verdik, yaxşı oynadıq. Uşaqlardan razı qaldım. Start heyətindən də, sonradan meydana daxil olanlar da yaxşı çıxış etdilər. Səsim bir az batıb. Danışa bilmirəm. Sabah oktyabrdakı rəsmi matçdan əvvəl son testdir. Uşaqlar ciddi yanaşmalıdır. Oktyabrda kimin siyahıda olacağından sabahki oyundan asılıdır.

- İordaniya nə dünyanın, nə də Asiyanın güclü komandasıdır. Bu komanda ilə oyun millimizə nə qazandıracaq? Daha güclü komanda ilə oynamaq, daha güclü rəqib seçmək olmazdı?
- İordaniya çox yaxşı komandadır. Reytinq cədvəlində 89-cu pillədə qərarlaşıb. Bizdən 40 pillə öndədir. Serbiyaya ilə sonda 2:1 irəlidə olsalar da, 2:3 hesabı ilə uduzdular.

- Amma Norveç millisi onlara 6:0 qalib gəlib.
- Ola bilər. Norveç bizdən güclüdür, onlardan da.

writer photo
Əlirza Əlirzalı
0