"Nyukasl" ingiltərəli yarımmüdafiəçi ilə maraqlanır
15.04.2024 - 16:31
"Nyukasl" ingiltərəli yarımmüdafiəçi ilə maraqlanır

Premyer Liqa təmsilçisi "Nyukasl" "Nottingem Forest"in yarımmüdafiəçisi Gibs-Uaytla maraqlanır. 

Apasport.az “Daily Mirror”a istinadən xəbər verir ki, "Nyukasl"ın baş məşqçisi Eddi Hou 24 yaşlı yarımmüdafiəçini bəyənir və gələcək üçün böyük potensial görür.

“Transfermarkt” portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

İngiltərə Premyer Liqasının hazırkı buraxılışında Gibbs-Uayt 32 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0