"Çelsi" qol vurmağı unudub
25.09.2023 - 11:28
"Çelsi" qol vurmağı unudub

"Çelsi" daha bir antirekordunu yeniləməyə yaxındır.

Apasport.az saytı xəbər verir ki, London klubu 2023-cü ildə Premyer Liqada 13 matçda qol vura bilməyib.

“Zadəganlar” Premyer Liqanın hesabat turunda bu dəfə evində "Aston Villa"ya uduzub - 0:1. Argentinalı Maurisio Poçettinonun rəhbərlik etdiyi komanda çempionatın yeni mövsümündə 6 matçda cəmi 5 qol vurub.

Qeyd edək ki, “Çelsi” 1995-ci ildə keçirdiyi 14 Premyer Liqa oyununda rəqib qapılarına yol tapa bilməyib.

writer photo
Əlirza Əlirzalı
0