“Çempionlar” turnirindən 10 medalla
03.05.2023 - 22:48
“Çempionlar” turnirindən 10 medalla

Türkiyənin Antalya şəhərində gənclər (U20) təşkil olunan “Çempionlar” turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından apasport.az xəbər verir ki, ölkəmiz turnirdə 10 medal qazanıb. 

Ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edib. Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl, Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıb. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən millimiz 140 toplayaraq komanda hesabında 3-cü yeri tutub.
Qadın güləşi üzrə yığmamız isə 1 dəst medal qazanıb. Gültəkin Şirinova (53 kq) çempion olub. Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü yeri tutub.

Qeyd edək ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.
 

writer photo
Əlirza Əlirzalı
0